Avropa liqasında "Fənərbaxça" evdə Almaniya təmsilçisi "Ştutqart"ı məğlub edib
Dünən keçirilən UEFA Avropa Liqasının 3-cü turunun oyunları azərbaycanlı futbolsevərlərin diqqət mərkəzində olub. Azərbaycanın əksər futbol azarkeşlərinin maraq dairəsində evdə Almaniya təmsilçisi "Ştutqart"ı təmsil edən Türkiyə təmsilçisi "Fənərbaxça" idi. Türkiyə komandası bu oyunda sözün əsl mənasında güclü Almaniya komandasına qarşı əzmkarlıq və iradə nümayiş etdirib. Ülker Fənərbaxça Şükrü Saracoğlu stadionunda keçirilən oyunda ev sahibləri daha yaxşı oynayıblar. Türkiyə komandası "Ştutqart"a 1:0 hesablı qalib gələrək azarkeşlərini sevindirib. İstanbul təmsilçisinin yeganə qolunun müəllifi Kərəm Aktürkoğlu olub. O, oyunun 34-cü dəqiqəsində qonaqların qapısına təyin edilən penaltidən dəqiqliklə istifadə edərək komandasına və onun azarkeşlərinə qələbə sevinci bəxş edib
Avropa Liqasının ən gərgin qarşılaşmalarından biri Fransada keçirilib. Burada yerli "Lion" komandası gərgin keçən oyunda İsveçrə təmsilçisi "Bazel"ə 2:0 hesabı ilə qalib gəlib.
Romada isə keçirilən daha bir oyunda isə gözlənilməz nəticə qeydə alınıb. Avropanın və İtaliyanın ən güclü komandalarından biri hesab edilən "Roma" gözlənilmədən doğma divarlar arasında Çexiya təmsilçisi "Viktoriya Plzen"ə 1:2 hesabı ilə məğlub olub.
Avropa Liqasının dünən keçirilən digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
20:45 Braqa (Portuqaliya) - Red Star Belqrad (Serbiya) - 2-0;
20:45 Brann (Norveç) - Rangers (Şotlandiya) - 3-0;
20:45 FCSB (Rumıniya) - Bolonya (İtaliya) - 1-2;
20:45 Fenerbahçe (Türkiyə) - Ştutqart (Almaniya) - 1-0;
20:45 Feyenoord (Hollandiya) - Panatinaikos (Yunanıstan) - 3-1;
20:45 Go Ahead Eagles (Hollandiya) - Aston Villa (İngiltərə) - 2:1;
20:45 “Genk” (Belçika) - “Real Betis” (İspaniya) - 0:0;
20:45 “Lyon” (Fransa) - “Bazel” (İsveçrə) - 2:0;
20:45 Zaltsburq (Avstriya) - Ferensvaroş (Macarıstan) - 2:3;
23:00 “Roma” (İtaliya) - “Viktoriya Pilzen” (Çexiya) - 1:2;
23:00 “Selta Viqo” (İspaniya) - “Nitsa” (Fransa) - 2:1;
23:00 “Seltik” (Şotlandiya) - “Şturm” (Avstriya) - 2:1;
23:00 “Frayburq” (Almaniya) - “Utrext” (Hollandiya) - 2:0;
23:00 “Lill” (Fransa) - PAOK (Yunanıstan) - 3:4;
23:00 Makkabi (Tel-Əviv, İsrail) - Midtyulland (Danimarka) - 0:3;
23:00 Malmö (İsveç) - Dinamo Zaqreb, Xorvatiya - 1:1;
23:00 Nottinqem Forest (İngiltərə) - Porto (Portuqaliya) - 2:0;
23:00 Yanq Boyz (İsveçrə) - Ludoqorets (Bolqarıstan) - 3:2.
Əziz MUSTAFA





























































































