Slovakiya Azərbaycanın strateji tərəfdaşına çevrilib

Slovakiya Azərbaycanın strateji tərəfdaşına çevrilib

Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyevin Slovakiyanın paytaxtı Bratislavaya ilk rəsmi səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşlər hər iki ölkə arasında ildən-ilə artan hərtərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyysidə inkişaf etdirildiyinin daha bir bariz nümunəsinə çevrilib. Bu da təsadüfi deyil. Belə ki, bu səfər faktiki olaraq ölkəmizin xarici siyasət sahəsində atdığı növbəti uğurlu addım hesab deyilir. Eyni zamanda Slovakiya üçün də Azərbaycanla bütün sahələr üzrə əməkdaşlığı davam etdirmək strateji önəm daşıyır. Bunun da önəmli səbəbləri var. Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkədir və istər iqtisadi, istər siyasi, istərsə də hərbi strateji baxımdan olduqca önəmli hesab edilən Asiya və Avropanın kəsişməsində yerləşir. Digər tərəfdən də Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir və günümüzdə Avropanın neft və qaza olan ehtiyaclarının təmin edilməsinə özünün töhfəsini verməkdədir. Hazırda dünya bazarında, xüsusi ilə Avrpada mavi yanacağa olan tələbatın artması Azərbaycanı bu sahədə Slovakiyanın etibarlı tərəfdaşına şevrilib. Məhz bü amillər ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmasi ilə nəticələnib.

Ölkəmizin Slovakiyanın yanacaq-enerji ehtiyaclarının təmin edilməsindəki rolunun ildən-ilə artması hər iki ölkə rəhbərlərinin səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransında verdikləri bəyanat da təsdiq edir. Slovakiya prezidenti Peter Pelleqreni bəyanatında qeyd edib ki, Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Peleqreni deyib:

"Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır. Bizim qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlığımız yüksək səviyyəyə qaldırıla bilər. Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik - müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə".

Öz növbəsində Prezident İlham Əliyev də iki ölkə arasında hərtərəfli əməkdaşlığın ildən-ilə çevrilməsinin tərəflərin maraqlarına cavab verdiyini xüsusi olaraq vurğulayıb. İlham Əliyev deyib ki, səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülən işlərə münasibət bildirən İlham Əliyev deyib:

"Siz artıq bizim ikitərəfli gündəliyimizlə bağlı geniş məlumat verdiniz. Sadəcə olaraq, əlavə etmək istərdim ki, qeyd etdiyiniz bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər."

İki ölkə münasibətlərində müdafiə sahəsində əməkdaşlıq da önəmli yer tutur. Azərbaycan silaha olan ehtiyacının ödənilməsi sahəsində dost ölkə ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Belə ki, Slovakiya özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikdir. Slovakiya bu sahədə Azərbaycana texnologiya ötürülməsi, ölkəmizin maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə satmaqda maraqlıdır. Bu da hər iki ölkənin maraqlarına cavab verir. Beləliklə İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri göstərdi, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirilir və bu, xalqlarımızın maraqlarına cavab verir.

Əziz MUSTAFA

.