Azərbaycanda əhaliyə satılan mavi yanacaq niyə bahadır?

Azərbaycanda əhaliyə satılan mavi yanacaq niyə bahadır?

Bəyəndim (1) Bəyənmədim (0)

Son illərdə dəfələrlə hansı məzhəbə, hansı dinə, hansı etiqada xidmət etdiyi bilinməyən "ekspertlər" bizə sübut etməyə çalışırlar ki, Azərbaycanda qaz əhaliyə dünya qiymətlərindən ucuz satılır və biz bu məsələyə münasibətdə "xoşbəxt" insanlarıq. Bunun üçün "ekspertlər" və ya daha dəqiq desək "trol" rolunu oynayan bu yalançılar çoxsaylı faktlar da gətirirlər. Əvvəla onu deyim ki, Azərbaycanda əhalinin aldığı maaş xarici ölkələrlə müqayisədə on dəfələrlə azdır və bizi onların həyat şəraiti ilə müqayisə etmək ən azı qarşısındakıları axmaq yerinə qoymaq anlamına gəlir. Bundan əlavə başabəla "ekspert-trolların" bizimlə müqayisə etdiyi ölkələrin əksəriyyətinin qazı yoxdur və onlar dünya bazarında qazın alış-satış qiymətləri ilə mavi yanacağa olan ehtiyaclarını ödəməyə məcburdurlar.

Məsələnin digər tərəfinə gəlincə, gəlin baxaq görək Azərbaycan kimi qaz istehsal edən ölkələrdə əhaliyə qaz hansı qiymətə satılır?

Azərbaycanda bir kubmetr qaz 12,5, İranda 0.3-08, Liviyada 0,4-1, Venesuelada 0,2-0,5, Küveytdə 1-2, Əlcəzairdə 0,4-1, Misirdə 5-8, Qazaxıstanda 1-3, Nigeriyada 2-5 qəpiyə satılır.

Onda nə üçün qaz istehsal edən ölkə olduğumuz halda Azərbaycanda adı çəkilən ölkələrdən, məsələn etnik qan qardaşımız olan Qazaxıstandan ən azı 4-5 dəfə baha satılır? Bu suala cavab tapmaq mənim kimi minimum pensiya ilə sürünə-sürünə yaşamağa çalışanlar üçün çətindir.

Eyni sözləri Azərbaycanda orta pensiyanın məbləğinin 600-700 manat göstərilməsi barədə demək olar. Əslində Azərbaycanda yaşa görə təqaüdə çıxanların təxminən 60-70 faizi minimum pensiya alır. Minimum pensiya alanları 5-10 min manat pensiya alanlarla eyni tərəziyə qoymaq nə qədər məqsəduyğundur və niyə yalandan yüksək səviyyəli orta pensiya məsələsi gündəmə gətirilməlidir?

Bax bunu anlamaqda çətinlik çəkirəm. Halbuki, müvafiq qurumlarımımz və "ekspert trollarımız" orta pensiya əvəzinə statistik məlumatları ortaya qoymalı və deməlidirlər ki, Azərbaycanda yaşa görə pensiyaya çıxanların flan faizi 300-320, flan faizi 500-1000, flan faizi də 1000-5000 min manat arası pensiya alır. Bu, daha dəqiq olardı...

Əziz MUSTAFA