Futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin oyunları başa çatıb

Futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin oyunları başa çatıb

Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Dünyü Çempionatı çərçivəsində növbəti oyunlar keçirilib.

K qrupunda Portuqaliya üçüncü turda ABŞ-ın Mayami şəhərindəki Hard Rock Stadionunda Kolumbiya ilə qarşılaşıb. Oyunda qapılara top vurulmayıb. Bununla da Kolumbiya qrupda 7 xalla biirnci, Portuqaliya 5 xalla ikinci, Konqo Demokratik Respublikası 4 xalla üçüncü yeri tutub.

Kolumbiya 1/32 finalda Qana, Portuqaliya isə Xorvatiya ilə qarşılaşacaq.

K qrupunda Özbəkistan millisi üçüncü turda ABŞ-ın Atlanta şəhərində, Mercedes-Benz Stadionunda Konqo Demokratik Respublikası ilə qarşılaşıb. Oyunun 10-cu dəqiqəsində Eldor Şomurodov hesabı açıb. Afrikalılar ikinci hissənin ortalarında Yohann Vissanın dəqiq penalti zərbəsi sayəsində hesabı bərabərləşdirdilər. 78-ci dəqiqədə Fiston Mayele Konqo Demokratik Respublikasını hesabda irəli çıxarıb. O oyunun sonlarında daha bir qol vuraraq komandasına 3-1 hesabı ilə qələbə qazandırıb.
Konqo Demokratik Respublikası 4 xal qazanaraq qrupda üçüncü yeri tutaraq pley-off mərhələsinə yüksəlib.

L qrupunda Filadelfiyada keçirilən oyunda Xorvatiya və Qana üz-üzə gəldilər. Oyunda hesabı 31-ci dəqiqədə xorvatların oyunçusu Petar Suçiç açıb. Qanalı Derek Lukassen 73-cü dəqiqədə hesabı bərabərləşdirdi. Bundan on dəqiqə sonra Nikola Vlaşiç ikinci topu rəqib qapısından keçirərək komandasına 2-1 hesabı ilə qələbə qazandırıb.

Xorvatiya L qrupunda altı xalla ikinci yeri tutaraq pley-offa yüksəlib. Qana isə dörd xalla üçüncü yeri tutdu.

Qana 1/32 finalda Kolumbiya, Xorvatiya isə Portuqaliya ilə qarşılaşacaq.

L qrupu üzrə Futbol üzrə Dünya Çempionatının üçüncü turunda ABŞ-ın Şərqi Rezerford şəhərində, MetLife Stadionunda Panama və İngiltərə üz-üzə gəldi. Oyunun 62-ci dəqiqəsində ingiltərəli Jude Bellingham hesabı açıb. Beş dəqiqə sonra Harri Keyn ikinci topu panma millisinin qapısından keçirərək komandasına 2-0 hesabı ilə qələbə qazandırıb. İngiltərə 2-0 hesabı ilə qalib gəldi.

İngiltərə L qrupunda yeddi xalla birinci yeri tutaraq pley-offa yüksəlib.

J qrupunda İordaniya – Argentina ilə qarşılaşıb. Oyunda hesab 19-cu dəqiqədə açılıb. Argentina millisinin oyunçusu Lo Çelso dəqiq zərbə ilə rəqib torunu silkələyərək komandasını hesabda irəli çıxarıb. Oyunun 31-ci dəqiqəsində İordaniyanın qapısına təyin edilən penaltini dəqiq yerinə yetirən Lauturo Martines ikinci topu iordaniyalıların qapısından keçirib.

İkinci hissənin 55-ci dəqiqəsində iordaniyalı Əl Tamarı əla zərbə ilə rəqib torunu silkələyərək hesab arasındakı fərqi azaldıb. Oyunun 80-ci dəqiqəsində Messi üçüncü topu rəqib qapısından keçirərək hesab arasındakı fərqi yenidən iki topa çatdırıb. Oyun bu hesabla da başa çatıb.

Argentina J qrupunda doqquz xalla birinci yeri tutub. Onlar iyulun 4-də Kabo-Verde ilə qarşılaşacaqlar.

Bu qrupda Əlcəzair – Avstriya ilə görüşüb. Oyunda hesabı 28-ci dəqiqədə avstriyalı Арнаутович açıb. Birinci hissənin sonunda 45-ci dəqiqədə əlcəzairli Belqali hesabı bərabərləşdirib. Birinci hissə bu hesabla da başa çatıb. İkinci hissənin 55-ci dəqiqəsində Zabitser ikinci topu rəqib qapısından keçirərək Avstriyanı hesabda irəli çıxarıb. Oyunun 60-cı dəqiqəsində isə əlcəzairli Marez yenidən hesabı bərabərləşdirib: 2-2

Marez oyunun 93-cü dəqiqəsində üçüncü topu rəqib komandasının qapısından keçirərək komandasını hesabda irəli çıxarıb. Bununla belə oyuna əlavə edilmiş vaxtın 6-ci dəqiqəsində avstriyalı Kalaycik hesabı bərabərləşdirib: 3-3. Oyun bu hesabla da başa çatıb.

Avstriya bu nəticə ilə J qrupunda i dörd xalla ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazandı. Argentina (9) birinci, Əlcəzair də eyni xalla (4) üçüncü yeri tutaraq pley-offa vəsiqəni təmin edib.

Bu gün start götürəcək pley-off mərhələsində aşağıdakı komandalar üz-üzə gələcək:

1/16 final mərhələsi

28 iyun, saat 23:00

CAR - Kanada

29 iyun, saat 23:00

Braziliya – Yaponiya

30 iyun, saat 00:30

Almaniya – Paraqvay

30 iyun, saat 05:00

Niderland – Mərakeş

30 iyun, saat 21:00

Kot d'İvuar - Norveç

1 iyul, saat 01:00

Fransa – İsveç

01 iyul, saat 05:00

Meksika – Ekvador

1 iyul, saat 20:00

İngiltərə – Konqo DR

2 iyul, saat 00:00

Belçika – Seneqal

2 iyul, saat 04:00

ABŞ - Bosniya və Herseqovina

2 iyul, saat 23:00

İspaniya – Avstriya

3 iyul, saat 03:00

Portuqaliya – Xorvatiya

3 iyul, saat 07:00

İsveçrə – Əlcəzair

3 iyul, saat 22:00

Avstraliya – Misir

4 iyul, saat 02:00

Argentina – Kabo Verde

4 iyul, saat 05:30

Kolumbiya – Qana

Əziz MUSTAFA