Dünya Çempionatının növbəti oyununda Mərakeş və Fransa rəqiblərinə qalib gələrək dörddəbir finala yüksəliblər

Dünya Çempionatının növbəti oyununda Mərakeş və Fransa rəqiblərinə qalib gələrək dörddəbir finala yüksəliblər

Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Dünya Çempionatının növbəti oyununda meydan sahibləri Kanada Mərakeş millisini qəbul edib. Oyunun birinci hissəsində meydanda demək olar bərabər səviyyədə oyun gedib. Hər iki tərəf bir neçə dəfə əlverişli qol imkanlarından istifadə edə bilməyib. Nəticədə birinci hissə 0-0 hesabı ilə başa çatıb. İkinci hissəyə mərakeşlilər daha fəal başlayıblar. Bu da tezliklə öz nəticəsini verib. Oyunun 50-ci dəqiqəsində mərakeşli Əzzədin Unai sərrast zərbə ilə hesabı açaraq komandasını irəli çxarıb. Bundan sonra Kanada millisi oyunda üstünlüyü ələ alsa da hesabı bərabərləşdirə bilməyib və əksinə öz qapısında ikinci topu görüb. Belə ki, Əzzəddin Unai oyunun 82-ci dəqiqəsində dubla imza ataraq ikinci topu Kanada millisinin qapısından keçirib. İkinci hissədə oyuna əlavə edilmiş vaxtın 8-ci dəqiqəsində Sufyan Rəhimi 3-cü topu kanadalıların qapısından keçirib. Beləliklə oyun 3-0 hesabı ilə Mərakeşin xeyrinə başa çatıb və onlar növbəti mərhələdə oynamaq hüququ qazanıb. Dörddəbir finalda Mərakeş Fransa ilə görüşəcək.

Bu gün keçirilən növbəti oyunda Fransa Paraqvay millisini qəbul edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq birinci hissədə hesab açılmayıb. Oyunun ikinci hissəsinin 70-ci dədiqəsində Kilan Mbappe penaltini dədiq yerinə yetirərək Fransanı hesabda irəli çıxarıb:1-0. Oyunda qapılara daha qol vurulmayıb və Fransa Paraqvaya minimal hesabla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə Fransa Mərakeşlə qarşılaşacaq

Dörddəbir final oyunları çərçivəsində sabah Bakı vaxtı ilə növbəti oyunlar keçiriləcək.

6 iyul

00:00. Braziliya – Norveç

04:00. Meksika – İngiltərə

23:00. Portuqaliya – İspaniya

Əziz MUSTAFA