Futbol üzrə Dünya Çempionatında Fransa Mərakeşi məğlub edərək ikidəbir finala yüksəlib

Futbol üzrə Dünya Çempionatında Fransa Mərakeşi məğlub edərək ikidəbir finala yüksəlib

Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Dünya Çempionatı çərşivəsində Fransa və Mərakeş arasında Cənubi Karolina ştatının Foksboro şəhərindəki Gillette stadionunda dörddəbir final oyunu keçirilib. Oyunun 25-ci dəqiqəsində mərakeşli Nussair Mazraouil Kilian Mbappenin qarşısını kobudluqla alıb. Hakim tərərddüd etmədən 11 metrlik zərbə nöqtəsini göstərib. Topa yaxınlaşan Mbbape isə bu imkandan yararlana bilməyib. Onun zərbəsini mərakeşli qapıçı Yassin Bunu dəf edərək qapısının toxunulmazlığını qoruyub saxlaya bilib. Gərgin keçən oyunun birinci hissəsində qapılara top vurulmayıb. İkinci hissədə daha fəal oynayan Fransa millisi nəhayət 62-ci dəqiqədə istədiyinə nail olub. Oyunun 60-cı dəqiqəsində Mbabbe əlverişli vəziyyətdən istifadə edərək sərrast zərbə ilə hesabı açıb: 1-0.

Vurulan qoldan sonra oyunda üstünlüyü tam şəkildə ələ alan fransızlar 66-cı dəqiqdə "Qızıl top"un sahibi Usman Dembelenin vurduğu qolla hesab arasındakı fərqi iki topa çatdırıblar. Oyun bu hesabla da başa çatıb. Bu qələbə sayəsində Fransa millisi ikidəbir finala yüksələn ilk komanda olub. Fransızlar bu mərhələdə İspaniya - Belçika matçının qalibi ilə oynayacaqlar.

Oyundan sonra Fransa milli futbol komandasının baş məşqçisi Didye Deşam komandasının Mərakeş üzərində 2-0 hesablı qələbəsindən razı qaldığını bildirib.

"Son üç qələbə olduqca proqnozlaşdırıla bilən idi, amma bu, əldə edilənlər üzərində dayanmaq üçün bir səbəb deyil. Mərakeşlilərə qarşı oyun gərgin keçdi, penaltidən istifadə edə bilmədik və bir çox şansı əldən verdik. Bununla belə qələbə qazanaraq növbəti mərhələyə adladıq və bundan çox məmnunam", - deyə Deşam vurğulayıb..

10 iyul

DÇ-2026, 1/4 final mərhələsi

00:00. Fransa - Mərakeş - 2:0

Qollar: Kilian Mbappe, 60, Usman Dembele, 66

Bu gün və ayın 12-də Bakı vaxtı ilə daha 3 oyun keçiriləcək:

10 iyul

23:00. İspaniya – Belçika

12 iyul

01:00. Norveç – İngiltərə

05:00. Argentina – İsveçrə

Əziz MUSTAFA