AD GÜNÜN MÜBARƏK, TUQAY!
Noyabrın 26-da Tuqay Novruzovun 16 yaşı tamam olur. Anası Pərvin xanım oğlu Tuqayı xalaları, bibiləri, dayısı və əmisi şeirlə təbrik edir.
Bu fani dünyamda yaşam səbəbim,
Varlığın hədiyyəm, sevinc payımsan.
Göz açıb dünyaya payız səhəri,
Tanrımın mənimçün ərməğanısan.
***
Qəlbimdə sevincim, ovcumda duam,
Ümidim, dayağım, uca dağımsan.
Sən mənim ən gözəl arzularımsan,
Ən gözəl xəzinəm, sevgi payımsan.
Tuqayı ad günü münasibətilə qardaşı Ayxan, xalaları, bibiləri, dayısı və əmisi də təbrik edirlər.
Biz də Oxu Məni komandası olaraq Tuqay balanı ad günü münasibətilə təbrik edir, ona can sağlığı, təhsilində və həyat yollarında uğurlar arzulayırıq!
--
Digər xəbərlər