Uşaq İncəsənət Festivalı 2025

Uşaq İncəsənət Festivalı 2025

Bəyəndim (9) Bəyənmədim (1)

Bildiyiniz kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı 2025 artıq start götürüb.

Festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Festivalın keçirilməsinin əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii- estetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Bu gun Festivalın 1-ci mərhələsidə, Maştağa qəsəbəsində yeləşən Hacıağa Abbasov adına Mədəniyyət mərkəzində, piano ifaçılığı üzrə müsabiqə baş tutdu. Müsabiqə münsiflər heyətinin nəzarəti altında şəffaf şəkildə həyata keçirildi. Müsabiqədə müxtəlif uşaq musiqi məktəblərinin sagidləri də iştirak edirdilər.

Mən Oxuməni.az xəbər portalının müxbiri Murad Şahməmmədov bu gün keçirilən müsabiqəni yaxından izləyirdim. Müsabiqə çərçivəsində bütün təşkilatı işlər yüksək səviyyədə hazırlanmışdı.

Məlumat üçün bildirim ki, müsabiqə üç mərhələdən ibarətdir:

Festivalın I mərhələsi 2025-ci ilin aprel-iyun ayları aralığında keçirilir. I mərhələdə qalib olmuş iştirakçılar Festivalın II mərhələsində iştirak etmək hüququ qazanırlar.

Festivalın II mərhələsi 2025-ci ilin iyul-avqust ayında keçiriləcək. Bu mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Festivalın final mərhələsi Bakı şəhərində 2025-ci il sentyabr ayında keçiriləcək. Final mərhələsinin keçirilmə yeri, tarixi və vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Bütün iştirakçılara uğurlar arzulayıram!

Murad Şahməmmədov, Oxuməni.az