
Nur saçan qadın-Video
Sözləri Ziya Buluda, musiqisi sevilən-müğənni Arif Səlimova məxsus olan “Nur saçan qadın” adlı mahnı gənc və istedadlı müğənni Elşən Əliyev tərəfindən oxunaraq, tamaşaçılara təqdim olunub. Aranjemanı Təbriz Ömərə aid olan mahnı qısa zamanda tamaşaçılar tərəfindən sevilib və rəğbət qazanıb.
Onu da qeyd edək ki, bu mahnı Elşən bəyin ilk müəllif mahnısıdır. İfasında digər mahnılarla yanaşı, xalq mahnılarına da repertuarında yer ayırıb.
Arif Səlimovun fikirləri: “Elşən istedadlı gənc müğənnidir, geniş potensiala malikdir. Mənim də bir bəstəkar olaraq gənc istedadlara dəstək olmaq borcumdur. Elşənə uğurlar arzulayıram. Yaxın günlərdə mahnı “Dünya TV”-nin “Bu sabah” və “Birlikdə” verilişlərində tamaşaçılara təqdim olunacaq”.
Mahnı “YouTube” kanalında yerləşdirilib. Biz də “Oxuməni.az” saytı olaraq Elşən bəyə uğurlar arzulayırıq.
https://youtu.be/Qxvnod-MRTA?si=ujC0zQI7pAWLUbCM
Alim Nəbioğlu