Kventin Tarantino özünün ölüm xəbərini təkzib etdi

Kventin Tarantino özünün ölüm xəbərini təkzib etdi

Bəyəndim (2) Bəyənmədim (0)


Amerikalı rejissor Kventin Tarantino, İsraildə baş verən raket hücumu nəticəsində öldüyü barədə yayılan şayiələri təkzib edib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə xəbərlər İrana zərbələr fonunda sosial şəbəkələrdə fəal şəkildə yayılıb.
62 yaşlı rejissorun nümayəndəsi nəşrə Kventinin sağ və salamat olduğunu təsdiqləyib.
150.000-dən çox izləyicisi olan @TheWapplehouse istifadəçisinin yazdığı "X" platformasındakı paylaşımda Deadline-a istinad edilərək Tarantino-nun öldüyü iddia edilib. Paylaşım 1.500-dən çox bəyəni toplasa da, sonradan Deadline-ın səhvən mənbə kimi göstərildiyi məlum olub.
Son dörd ildir Tarantino, həyat yoldaşı Daniella Pik və iki övladı ilə birlikdə Tel-Əvivdə yaşayır.
Almaz Həsənli