Pol Makkartni beş ildən sonra ilk solo albomunu buraxacaq
Britaniyalı musiqiçi və keçmiş Beatles qrupunun üzvü Pol Makkartni beş ildən sonra ilk solo albomu olan " Danjen –leyn oğlanları"nı elan etdi. Oxuməni.az xəbər verir ki, bu barədə sənətçinin “www.paulmccartney.com” veb saytında məlumat verilib.
Makkartni 1970-ci ildə debüt etdiyi "McCartney"də olduğu kimi, 18-ci studiya albomunu əsasən təkbaşına yazdırıb. Mahnılarda sənətçi Beatles qrupunun solisti Con Lennon və onun doğma küçəsi Fortlin Roud haqqında xatirələrini bölüşəcək.
"Mən Spik adlı bir ərazidə yaşayırdım - bu, olduqca işçi sinfinin yaşadığı bir ərazi idi. Bizim demək olar ki, heç nəyimiz yox idi, amma bunun əhəmiyyəti yox idi, çünki ətrafımızdakı insanlar gözəl idilər və nə qədər az şeyə sahib olduğumuzu görməməzlikdən gəlmək asan idi", - musiqiçi bildirib.
Hazırda “Danjen –leyn” küçəsi indi Con Lennon adına Hava Limanının yanında yerləşir.
Noyabr ayında Pol Makkartni süni intellekt əleyhinə etiraz olaraq səssiz bir mahnı buraxıb.
Almaz Həsənli













































.jpg)

.jpg)













































