Fil Kollinz, “Iron Maiden” və “Oasis” rok-n-roll Şöhrət Zalına daxil edilib

Fil Kollinz, “Iron Maiden” və “Oasis” rok-n-roll Şöhrət Zalına daxil edilib

Bəyəndim (1) Bəyənmədim (0)

Fil Kollinz, “Iron Maiden”, “Oasis” və “Wu-Tang Clan” 2026-cı ildə rok-n-roll Şöhrət Zalına daxil ediləcəklər. Yeni üzvlərin siyahısı bazar ertəsi axşam "American Idol" proqramında təqdim olunub. Oxuməni.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

AP-nin məlumatına görə, bu siyahıya ilk kommersiya yazıları ən azı 25 il əvvəl çıxmış sənətçilər daxil edilib. 1200-dən çox musiqiçi, tarixçi və musiqi sənayesi nümayəndəsi namizədlər üçün səs verib.

“Genesis” qrupunun üzvü kimi artıq Şöhrət Zalının üzvü olan Fil Kollinz, nominasiyasının ilk ilində siyahıya daxil edilib. Eyni siyahıda daha əvvəl iki dəfə namizəd göstərilmiş “Iron Maiden”, soul-caz müğənnisi Sade, ilk dəfə namizəd göstərilən “Wu-Tang Clan” və albomları 25 milyondan çox satılmış Luter Vandross yer alıb.

Bundan əlavə, bu il Şöhrət Zalında “Joy Division” və “New Order”, eləcə də Qallaher qardaşları ilə yenidən bir araya gələn “Oasis” qrupu qəbul ediləcək. Pank və pop-rok kəsişməsindəki işləri ilə tanınan Billi Aydol da daxil edilən sənətçilər siyahısına düşüb.

Bu il seçilməyən namizədlər arasında Merayya Keri, Lorin Hill, INXS, Melissa Eteric, Ceff Bakli, Pink, “New Edition” və Şakira olub.

Xüsusi kateqoriyalarda Kuin Latifa, Selia Kruz, Fela Kuti, MC Lyte və Grem Parsons (erkən təsirə görə mükafat), həm də Linda Krid, Arif Mardin, Cimmi Miller və Rik Rubin (musiqi ustalığına görə) qeyd edilib.

Təntənəli mərasim noyabrın 14-də Los-Ancelesdəki “Peacock” Teatrında keçiriləcək, televiziya versiyası isə dekabrda ABC və Disney+ kanallarında yayımlanacaq. 2027-ci ildə mərasim Şöhrət Zalının yerləşdiyi Klivlendə qayıdacaq.

Almaz Həsənli