İçərisində 57 nəfər Moldova vətəndaşının olduğu avtobus iki gündür gömrükdə dayadırılıb

İçərisində 57 nəfər Moldova vətəndaşının olduğu avtobus iki gündür gömrükdə dayadırılıb

29 Aprel 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Sankt-Peterburq-Tiraspol marşrutu ilə hərəkət edən içərisində 57 nəfər Moldova vətəndaşının olduğu avtobus iki günə yaxındır ki, Litva sərhəddində gömrükdə dayadırılıb. Bu barədə “Komsomolskaya Pravda” xəbər paylaşıb.

Xəbərə görə, gömrükçülər artıq bir neçə dəfə bütün sərnişinlərin baqajını diqqətlə yoxlayıblar.

"Sərnişinlərin bəziləri yalan detektoru testindən keçirilib. Bəzilərindən isə Krımın kimin olduğu soruşulub", - deyə xəbərdə bildirilib.

Həmçinin o da qeyd olunur ki, bəzi sərnişinlərin Ukraynada baş verən hadisələrə münasibəti aydınlaşdırılır.

Oxuməni.az