Yeni Zelandiya Rusiyaya münasibətdə mövqeyini daha da sərtləşdirir
Yeni Zelandiya Rusiyaya münasibətdə mövqeyini daha da sərtləşdirir.
Rusiyanın Ukraynaya təcavüzünün davam etməsi ilə əlaqədar Yeni Zelandiya rus işadamlarına və müəssisələrinə qarşı daha bir sanksiyalar paketi qəbul edib. Bu dəfəki sanksiyalar paketinə Rusiyanın 28 vətəndaşı və 14 müəssisəsi daxildir.
Bu barədə Yeni Zelandiya Xarici işlər naziri Uinston Pitersin mətbuata verdiyi açıqlamada bildirilib.
Qeyd edək ki, bu günə kimi Yeni Zelandiya Rusiyaya qarşı 35 dəfə sanksiyaya əl atıb. Sanksiyalar tətbiq edilənlər arasında 1,5 min nəfər Rusiya vətəndaşı, o cümlədən prezident Vladimir Putin də var.
Oxuməni.az
Digər xəbərlər