İraq İslam Müqaviməti İsraildəki strateji hədəfə hücumu öz üzərinə götürüb

İraq İslam Müqaviməti İsraildəki strateji hədəfə hücumu öz üzərinə götürüb

13:32
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın İslami Müqavimətinə mənsub İranpərəst terrorçu şiə silahlı qruplaşmalar pilotsuz uçuş aparatı (PUA) ilə İsraildəki “strateji hədəf”ə hücum edib. Bu barədə terrorçu təşkilatın Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

“İraq İslami Müqavimətinin döyüşçüləri bu gün səhər işğal olunmuş Fələstin ərazilərinin şimalında mühüm strateji hədəfə hücum etmək üçün İHA-dan istifadə ediblər”, bəyanatda qeyd edilir.

“İslam müqaviməti düşmən qalalarının məhv edilməsi əməliyyatlarının artan templə davam edəcəyini təsdiqləyir”, - deyə üsyançılar bildirib.

Oxuməni.az