Ukrayna Xerson bölgəsindəki adaların əksəriyyətinə nəzarət edir
Ukrayna Müdafiə Qüvvələri Xerson bölgəsindəki adaların əksəriyyətinə nəzarət edir. Bununla belə, ruslar hər gün Dnepr çayının sağ sahilindəki körpübaşını ələ keçirməyə çalışırlar.
Bu barədə Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin telemarafon zamanı deyib..
Onun sözlərinə görə, ruslar bu adaları nəzarətə götürmək cəhdlərini davam etdirirlər. Həmçinin rusların məqsədlərindən biri də sağ sahildəki körpübaşını ələ keçirmək və oradan Xerson vilayətinin məskunlaşdığı əraziləri təhdid etməkdir.
Oxuməni.az
Digər xəbərlər