Çin “Şençjou-19” pilotlu kosmik gəmisinin buraxılışını "tamamilə uğurlu" elan etdi

Çin “Şençjou-19” pilotlu kosmik gəmisinin buraxılışını "tamamilə uğurlu" elan etdi

12:47
Bəyəndim (1) Bəyənmədim (0)


Çinin ilk qadın kosmik mühəndisi də daxil olmaqla üç nəfərlik ekipajlı "Shenzhou-19" kosmik gəmisi ÇXR-in orbital stansiyası ilə birləşib, bu barədə “Sinxua” agentliyi ÇXR /CMSA / insanlı kosmik uçuş proqramı İdarəsinə istinadən xəbər verir.
Bundan əvvəl,bu gün üç taikonavtı olan gəmi Çinin şimalındakı Tszyutsyuan kosmodromundan uğurla start götürüb və aşağı Yer orbitinə çıxıb.
Pekin 2030-cu ilə qədər Aya insan endirmək üçün gələcək missiyası üçün təcrübə və kəşfiyyat toplayarkən ekipaj Çinin “Tiangong” kosmik stansiyasından eksperimentlər və kosmosda gəzintilər aparmaq üçün altı ay baza kimi istifadə edəcək.
“Şençjou-19” buraxılışı Çinin insanlı kosmik proqramının 33-cü uçuşu və Çinin kosmik stansiyasının tətbiqi və inkişafı mərhələsində dördüncü insanlı missiyadır.
Almaz Həsənli