Leysan yağışlar sellərə səbəb oldu, ölənlər var
"Oxuməni.az"-in yerli mətbuata istinadən verdiyi məlumata görə , çərşənbə axşamı güclü yağışların daşqınlara səbəb olduğu İspaniyanın Valensiya bölgəsində bir neçə cəsədin tapıldığı bildirilir.
“Biz bəzi cəsədlərin tapıldığını təsdiqləyə bilərik” deyən regional hökumət başçısı Karlos Mazon, qurbanların sayını açıqlamadan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hakimiyyət orqanları həlak olanların yaxınlarına xəbər verməyincə daha ətraflı məlumat verə bilməz.
İspaniyanın şərqində və cənubunda yağan güclü leysan yağışları bir çox əraziləri su altında qoymuş, dəmir yolu və hava əlaqəsi kəsilmişdir.
Bir gün əvvəl Valensiya və cənub-şərqdəki Albasete əyalətində azı 7 nəfərin itkin düşdüyünü bildiriblər. Çərşənbə günü gecə təcili yardım işçiləri dronlardan istifadə edərək onları axtarıblar.
Valensiya Bələdiyyəsi məktəb dərslərinin və idman tədbirlərinin ləğv ediləcəyini və şəhər parklarının bağlı qalacağını söyləyib.
İspaniyanın Baş naziri Pedro Sançez itkin düşmüş insanlarla bağlı xəbərləri narahatlıqla izlədiyini söyləyib və sakinləri "lazımsız səyahətlərdən çəkinməyə" çağırıb.
Oxuməni.az