Referendum İsveçrədən silahların təkrar ixracına qoyulan qadağanı yumşaldacaq

Referendum İsveçrədən silahların təkrar ixracına qoyulan qadağanı yumşaldacaq

14:10
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə istehsalı olan silahların təkrar ixracına qoyulan məhdudiyyətləri yumşaltmaq üçün parlament referendum keçirməli olacaq. Bu barədə TASS-a isveçrəli tarixçi Sebastiyan Şazo məlumat verib.

“Silahların reeksportu məsələsi İsveçrə üçün xüsusilə həssasdır, çünki ölkə öz texnikasını Ukraynaya göndərə bilmir. Hərbi texnikanın reeksportunda hələ də maneələr var”, - deyə Şazo bildirib.

Onun sözlərinə görə, İsveçrə hərbi texnikasının müharibə şəraitində olan ölkələrə təkrar ixracına icazə verilməsi məsələsi parlament səviyyəsində müzakirə olunub.

“İndi parlamentin təhlükəsizlik siyasəti komissiyalarının üzvlərinin əksəriyyəti hərbi texnika haqqında qanuna Ukraynaya silah və sursatların təkrar ixracına mane olmayan düzəlişlər edilməsini istəyir”,- o əlavə edib.

Oxuməni.az