Ararat Mirzoyan məhbusların azad edilməsi müqabilində COP29-a gəlməyə hazırdır
Oktyabrın 24-də Kazanda keçirilən Əliyev-Paşinyan danışıqlarında iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər. Bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır.
“Görüş zamanı söhbət məhbuslardan gedirdi. Ararat Mirzoyan İlham Əliyevi COP 29-da iştirak etmələri müqabilində əsir götürülmüş ən azı bir neçə hərbçini geri qaytarmağa dəvət etdikdə və tədbirdə iştirak etmək üçün şəxsən Bakıya gedəcəyinə zəmanət verəndə Əliyev sualı cavablandırmaq əvəzinə özü sual verdi. O, Paşinyandan soruşub: “Niyə Ruben Vardanyanı tələb etmirsiniz?” Ermənistanın baş naziri cavabında belə cavab verib: “Çünki mən bilirəm ki, siz onu geri verməyəcəksiniz”.
Əliyev sözlərinə belə davam edib: “Əvəzində onu başqa ölkədən tələb edirlər, Putin tələb edir”. Yeri gəlmişkən, Ararat Mirzoyan bu söhbəti cümə günü axşam keçirilən qapalı iclasda “Mülki müqavilə”nin deputatlarına deyib”, - nəşr qeyd edir.
Almaz Həsənli