İlon Mask süni intellektin nəzarətdən çıxma ehtimalını qiymətləndirdi

İlon Mask süni intellektin nəzarətdən çıxma ehtimalını qiymətləndirdi

16:27
Bəyəndim (1) Bəyənmədim (0)



“Tesla” və “SpaceX”-in rəhbəri İlon Mask süni intellektin (SI) insanlara tabe olmağı dayandırması ehtimalını qiymətləndirib. Bu barədə “Quartz” nəşri məlumat yayıb.
Ər-Riyadda (Səudiyyə Ərəbistanı) “Future Investment Initiative” konfransında çıxışı zamanı Mask onilliyin sonuna qədər süni intellektin inkişafını proqnozlaşdırıb. Onun fikrincə, süni intellektin və robotların artıq insanlara tabe olmamaq, yaxud nəyinsə yanlış getməsi ehtimalı 10-20 faizdir.
Bununla belə, İlon Mask hesab edir ki, ən çox ehtimal olunan inkişaf “çox güman ki, hər şey gözəl olacaq”. Milyarder hələ də süni intellektin idarə oluna biləcəyinə əmindir, baxmayaraq ki, o, hər il əvvəlki versiyasından 10 dəfə yaxşı olacaq.
Sahibkar qeyd edib ki, onilliyin sonuna qədər süni intellekt planetdəki 8 milyard insan kimi bacarıqlı olacaq. "Düşünürəm ki, o, hər hansı bir insanın edə biləcəyi hər şeyi, yəqin ki, növbəti və ya iki il ərzində edə biləcək",- Mask bildirib. İlon Maskın fikrincə, cəmi üç ildən sonra süni intellekt planetdə yaşayan bütün insanların birlikdə olan ağılından daha ağıllı və bacarıqlı olacaq.
Mask həmçinin dünyanın hər bölgəsində bir neçə süni intellektin yaradılacağını proqnozlaşdırıb. Bundan əlavə, gələcəkdə robotların sayı planetdəki insanların sayından xeyli çox olacaq.
Almaz Həsənli