Rusiya 360 min dollarlıq dələduzluqda təqsirli bilinən şəxsi Əlcəzairə ekstradisiya edib

Rusiya 360 min dollarlıq dələduzluqda təqsirli bilinən şəxsi Əlcəzairə ekstradisiya edib

15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Dələduzluqda və hüquq-mühafizə orqanlarından gizlənməkdə təqsirli bilinən Əlcəzair vətəndaşı Rusiyadan öekstradisiya edilib, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

“Bu gün Şeremetyevo Beynəlxalq Hava Limanında Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları 2016-cı ildən beynəlxalq axtarışda olan şəxsi Əlcəzair Xalq Demokratik Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verib"-.deyə Volk jurnalistlərə bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, həmin şəxs 2011-2012-ci illərdə yerli tikinti şirkətinin sahibi kimi Blida əyalətində yerləşən Daşınmaz Əmlakın Təşviqi və İdarəedilməsi Agentliyindən, həmçinin möhür, ştamp və rəsmi sənədləri saxtalaşdıraraq ölkənin ən böyük banklarının birindən pul oğurlayıb.

Oxuməni.az