Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini 2025-ci ilin fevralına qədər uzadıb
Ukrayna parlamenti hərbi vəziyyət və ümumi səfərbərliyi 90 gün - 2025-ci il fevralın 7-dək uzadıb.
RBC-Ukrayna yazır ki, bu məsələ ilə bağlı səsvermədə iştirak edən 311 deputatın hamısı sənədi “lehinə” səs verib, daha 29 deputat isə səs vermədə iştirak etməyib.
Bununla da Ukraynada hərbi vəziyyət sayca 13-cü dəfə uzadılıb.
Ukraynada hərbi vəziyyət Rusiya hərbi əməliyyatları başlayandan - 2022-ci il fevralın 24-dən qüvvədədir. Eyni zamanda ölkədə ümumi səfərbərlik elan edilib.
Ukraynada hərbi vəziyyət dövründə prezident, parlament və yerli seçkilərin keçirilməsi, qadağandır.
Oxuməni.az
Digər xəbərlər