Gürcüstan prezidenti prokurorluğa getməkdən imtina edib
Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı çağırıldığı Baş Prokurorluğa getməyəcəyini bildirib.
“Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi işimi davam etdirəcəyəm və açıq-aydın prokurorun yanına getmək fikrində deyiləm”, - Zurabişvili brifinqdə deyib.
Baş Prokurorluqdan bildirildiyinə görə, Salome Zurabişvili seçkilərdə saxtakarlığa yol verdiyini iddia etdiyi üçün dindirilməyə çağırılıb və buna görə də müvafiq sübutlara malik olmalıdır.
Oktyabrın 29-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğa seçki saxtakarlığı ilə bağlı araşdırma aparılmasını xahiş edib. QHT-lər təxminən 300.000 səsin saxtakarlıq səbəbindən ləğv edildiyini bildirdi.
Oxuməni.az