Bukmeker kontorlarının proqnozlarına görə Tramp Harrisi böyük fərqlə qabaqlayır
Son “Polymarket” məlumatlarına görə, Tramp Harrisi böyük fərqlə qabaqlayır, Trampın noyabrda Oval kabineti (ing. Oval Office) tutmaq şansı indi 66,3%, Harrisin isə 33,8% şansı var.
Oktyabrın əvvəlində hər iki namizədin əmsalları təxminən eyni idi. “The Wall Street Journal” yazır ki, balanssızlıq dörd sirli hesabın sistematik olaraq Trampın qələbəsinə 30 milyon dollar xərcləyərək tez-tez mərclər qoymasından sonra baş verib.
Ümumilikdə, təkcə “Polymarket”-də Tramp/Harris cütlüyünə artıq 2,6 milyard dollar mərc edilib.
Bu arada “Reuters” yazır ki, son sorğulara görə, Harris və Tramp arasında fərq 1% təşkil edir: 44% və 43%.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.
Almaz Həsənli
Digər xəbərlər