Şimali Koreya ordusu noyabrda Ukraynaya qarşı müharibəyə girəcək

Şimali Koreya ordusu noyabrda Ukraynaya qarşı müharibəyə girəcək

31 Oktyabr 08:20
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreya hərbçilərinin noyabr ayından Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etməyə başlayacağı gözlənilir.

Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna nümayəndəsi Sergey Kislitsanın çıxışında deyib.

“Noyabrda KXDR hərbçilərinin birbaşa olaraq Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak edəcəyi gözlənilir... Çox güman ki, KXDR hərbçiləri 11-ci briqadanın himayəsi altında döyüşəcəklər, - Kislitsa bildirib.

O qeyd edib ki, Rusiya işğalçılıq müharibəsində sanksiyaya məruz qalan ölkədən yardım alır. Kislitsanın sözlərinə görə, KXDR-in öz ordusunu müharibədə iştirak etmək üçün Rusiyaya göndərməsi beynəlxalq hüququn pozulmasıdır. Bundan başqa, onların Rusiya ərazisində təlim keçməsi BMT qətnamələrinin pozulmasıdır,

Oxuməni.az