Almaniya Şimali Koreyanı Ukraynaya qarşı müharibədə iştirak etdiyinə görə sanksiyalarla hədələyib
Almaniya Ukraynaya qarşı müharibədə iştirak edəcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyalar tətbiq edə bilər.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Sebastyan Fişere Deutsche Velle-yə şərhində bildirib.
“KXDR əsgərlərinin Rusiya tərəfində döyüşlərdə iştirak etdiyi barədə məlumat təsdiqlənərsə, biz ikitərəfli münasibətlərdə əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, əlavə addımlar atmaq hüququnu özümüzdə saxlayırıq”, - deyə o bildirib.
Rəsmi nümayəndənin qeyd etdiyi kimi, alman tərəfi öz mövqeyini əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə çağırılmış Şimali Koreyanın müvəqqəti nümayəndəsinə çatdırıb.
Oxuməni.az
Digər xəbərlər