Almaniya iki, Norveç isə bir "Patriot" sistemini Ukraynaya verməyə hazırdır

Almaniya iki, Norveç isə bir "Patriot" sistemini Ukraynaya verməyə hazırdır

11 İyul 07:54
Bəyəndim (3) Bəyənmədim (0)

Almaniya Amerikanın iki, Norveç isə bir "Patriot" hava hücumundan müdafiə sistemini Ukraynaya verməyə hazırdır.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna və xarici KİV nümayəndələri ilə söhbəti zamanı verdiyi açıqlamaya istinadən xəbər verir.

"Biz tərəfdaşlarımızla Avropa və ABŞ-da, ilk növbədə, müvafiq silahların lazımi paketlərinin alınması imkanlarını müzakirə etdik. Bu paketlə bağlı təfərrüatları dostlarımıza verdik, dəstək ümid edirik", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, xüsusilə, söhbət hava hücumundan müdafiə sistemlərindən, onlar üçün “Patriot” sistemlərindən və raketlərdən, həmçinin “Ukrayna ordusunu və müdafiə üçün çox lazım olan sistemləri gücləndirən” artilleriya və digər növ silahlardan gedir.
"Prezident Trampla "Patriot" sistemləri ilə bağlı müsbət dialoqumuz var. Mənim xahişim 10 "Patriot" sistemi və bu sistemlər üçün müvafiq raket həcmidir. Almaniya ödəməyə hazırdır, razılaşmalar var, iki sistem var. Norveç bir sistem üçün pul ödəməyə hazırdır", - prezident deyib.

O qeyd edib ki, Ukrayna istehsalçıdan və ABŞ-ın müxtəlif imkanlarından tarixlərlə bağlı dəqiq cavab aldıqda, digər Avropa tərəfdaşları da qoşulacaq.

Əziz Mustafa