ABŞ Yaxın Şərqə aviadaşıyan zərbə qrupu göndərir
ABŞ Cənubi Çin dənizindən Yaxın Şərqə aviadaşıyan zərbə qrupu göndərməyə başlayıb. Bu, İranın mümkün hücumu ilə bağlı müzakirələr fonunda baş verir. Bu barədə “NewsNation” mənbəyə istinadən xəbər verir.
Ouməni.az xəbər verir ki, nəşrin həmsöhbətinin məlumatına görə, Pentaqon “USS Abraham Lincoln” aviadaşıyan gəmisini, sualtı qayıqları və digər gəmiləri köçürür. Bu proses təxminən bir həftə çəkəcək.
İran isə xüsusi icazəsi olan beynəlxalq reyslərdən başqa, aviasiya üçün hava məkanını bağlamışdı. “Flightradar” məlumatlarına görə, səhərədək hava məkanı yenidən açılıb.
Ötən gün məlum olub ki, ABŞ Qətərdəki hərbi bazadan təyyarələrini təxliyə edir. İranlı politoloq Əmir Çahaki "Vajniye istorii"yə verdiyi açıqlamada bildirib ki, bu addım İrana qarşı hazırlanan zərbə ilə bağlı ola bilər.
“Reuters” agentliyinin mənbələri, ABŞ hərbçilərinin yaxın 24 saat ərzində zərbə endirə biləcəyini ehtimal edirdilər. Donald Tramp iranlıları etirazları davam etdirməyə çağırıb və "kömək yoldadır" demişdi (lakin bununla nə nəzərdə tutduğunu dəqiqləşdirməmişdi). Daha sonra Tramp " etibarlı mənbələrdən" xəbər aldığını bildirib ki, etirazçıların öldürülməsi dayandırılıb.
"Bizə xəbər verildi ki, İrandakı qətllər dayandırılır. Ölüm hökmlərinin icrası ilə bağlı planlar yoxdur. Bu barədə mənə etibarlı mənbələrdən məlumat verildi. Görək nə olacaq", - deyə o bildirib.
Almaz Həsənli















.jpg)
.jpg)
.jpg)






.jpg)













































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)










