Son nəticələr: Nikol Paşinyanın partiyası seçkilərdə qalib gəldi

Son nəticələr: Nikol Paşinyanın partiyası seçkilərdə qalib gəldi

14:52
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası parlament seçkilərinin nəticələrinə görə hakimiyyətdə qalıb.
Oxuməni.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının 100% bülletenlərin işlənməsindən sonra əldə etdiyi ilkin məlumatlara görə, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası rus-erməni milyarderi Samvel Karapetyanın "Güclü Ermənistan" blokundan irəlidədir.
Səsvermədə yarısından az səs (49,82 faiz) toplayan Paşinyanın partiyası yenə də hökumət qura biləcək: əksər müxalifət partiyaları seçki baryerini keçə bilməyib.
100 faiz bülletenlərin işlənməsindən sonra seçicilərin səsləri belə bölünüb:

  • Hakim "Vətəndaş Müqaviləsi" partiyası 49,825 faiz - 727 mindən çox səs toplayıb.
  • İkinci yeri 23,281 faizlə "Güclü Ermənistan" bloku tutub.
  • Üçüncü isə 9,934 faizlə "Ermənistan" bloku olub.
  • Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası, əvvəlcə parlamentə keçəcəyi güman edilirdi, lakin dəqiqləşdirilmiş məlumatlara görə 3,996 faiz səs alıb və dörd faizlik keçid baryerini aşmayıb. Mərkəzi Seçki Komissiyası ilkin məlumatlarda elektron səsvermənin nəticələrinin daxil edilmədiyini bildirərək bu düzəlişi izah edib.

Nəticədə parlamentə yalnız üç siyasi qüvvə daxil olur: "Vətəndaş Müqaviləsi", "Güclü Ermənistan" və "Ermənistan" bloku.
Qalan 15 partiya və blok seçki baryerini keçə bilməyib. Onların səsləri parlamentə keçən qüvvələr arasında mütənasib olaraq bölüşdürüləcək.
Qed edək ki, Nurlan Seytimovun rəhbərliyi altında Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyası, səsvermənin nəticələrinə təsir edə biləcək hər hansı bir pozuntu aşkar etməyib.
Xatırladaq ki, səsvermə dünən -7 iyun bazar günü baş tutub. Seçkilərdə son fəallıq 58,97% təşkil edib ki, bu da 2021-ci illə müqayisədə təxminən 10 faiz bəndi çoxdur. Səsvermədə ümumilikdə 1.476.597 nəfər iştirak edib.
Almaz Həsənli