Çin "Çianfan" orbit qrupunun 11-ci internet peyklər qrupunu buraxıb

Çin "Çianfan" orbit qrupunun 11-ci internet peyklər qrupunu buraxıb

15:45
Bəyəndim (1) Bəyənmədim (0)

Çin, aşağı Yer orbitində qurulan və Amerikan SpaceX şirkətinin Starlink şəbəkəsinə rəqib olacaq "Çianfan" ("Kosmik yelkən") peyk şəbəkəsinin bir hissəsi olacaq 11-ci peyklər qrupunu buraxdı. Oxuməni.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat verib.

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) məlumatına görə, 18 peykdən ibarət qrup Şanşi əyalətindəki Tayyuan kosmodromundan buraxılan Long March-6 raketi vasitəsilə orbitə çıxarılıb.

Bəyanata əsasən, peyklər planlaşdırılan qütb orbitindəki mövqeyinə uğurla çatmışdır. Bu buraxılış, Long March ailəsinə aid raketlərlə həyata keçirilən 648-ci daşıma missiyası olmuşdur.

"Çianfan" peykləri “Shanghai Spacecom Satellite Technology” (SSST) şirkəti tərəfindən hazırlanıb və aşağı Yer orbitində qurulan orbit qrupunun bir hissəsi olacaq.

"G60 Starlink" kimi də tanınan layihənin ilk mərhələsində orbitə 1296 peyk yerləşdirilməsi planlaşdırılır. Bütün mərhələlər başa çatdıqdan sonra, genişzolaqlı internetə çıxış üçün 14 min peykdən ibarət bir meqa-konstellasiya yaradılması nəzərdə tutulur.

"Çianfan" şəbəkəsinin ilk 18 peykdən ibarət qrupu 6 avqust 2024-cü ildə, ikinci qrup 15 oktyabr 2024-cü ildə, üçüncü qrup 5 dekabr 2024-cü ildə, dördüncü qrup 23 yanvar 2025-ci ildə, beşinci qrup 11 mart 2025-ci ildə, altıncı qrup 18 oktyabr 2025-ci ildə, yeddinci qrup 7 apreldə, səkkizinci qrup 12 mayda, doqquzuncu qrup 17 mayda, onuncu qrup isə cari ilin 1 iyununda buraxılmışdır.

Almaz Həsənli