Esenboğa Hava Limanında həyacanlı anlar: Sərnişinlər tələsik təxliyə edildi

Esenboğa Hava Limanında həyacanlı anlar: Sərnişinlər tələsik təxliyə edildi

15:12
Bəyəndim (1) Bəyənmədim (0)

Ankaranın Esenboğa Hava Limanında İzmirə uçmağa hazırlaşan "Pegasus" təyyarəsində bir sərnişinə məxsus elektrik bankı-adabtor tüstülənməyə başladıqdan sonra həyacan yarandı. Məlumata görə, sərnişinlər Esenboğa Hava Limanına mindikdən sonra təyyarə uçuş-enmə zolağının sonuna doğru hərəkət etməyə başladı. Bu zaman bir sərnişinin portativ şarj cihazı (adaptor) tüstülənməyə başladı.
Bunu gördükdən sonra pilot Esenboğa Hava Limanının idarəetmə qülləsi ilə əlaqə saxladı, hadisəni bildirdi və təyyarəni saxladı. Daha çox zərərin qarşısını almaq üçün sərnişinlər təxliyə edildi.

Hadisədə xəsarət alanın olub-olmadığı məlum deyil. Bu arada, Mülki Aviasiya Baş İdarəsi (SHGM) potensial təhlükəsizlik riskləri səbəbindən təyyarələrdə portativ şarj cihazlarının doldurulmasını əvvəllər qadağan etmişdi.

Əziz MUSTAFA