Filippində güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib

Filippində güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib

10:00
Bəyəndim (1) Bəyənmədim (0)

8,2 bal gücündə zəlzələdən sonra Asiyada sunami xəbərdarlıqları verildi.
Filippinlərdə 8,2 bal gücündə güclü zəlzələ baş verdi. Əl-Cəzirə bu barədə 8 iyun bazar ertəsi gecəsi məlumat verib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 7:40-dan bir az əvvəl Mindanao adası yaxınlığında baş verib. İndoneziya, Filippin və Yaponiya hakimiyyət orqanları güclü zəlzələdən sonra bazar ertəsi səhər tezdən sunami xəbərdarlıqları veriblər.

Bu arada, yerli sakinlər sosial mediada zəlzələnin baş verdiyi anın və onun yaratdığı dağıntıların videolarını paylaşırlar.

Xatırladaq ki, iyunun əvvəlində İtaliyada 6,2 bal gücündə zəlzələ baş verib və ölkənin cənubunda da zəlzələlər hiss olunub.

Bundan əvvəl Yaponiyanın cənub-qərbində, Kaqoşima prefekturasındakı Amami adasında 5,9 bal gücündə zəlzələ baş vermişdi.

Əziz MUSTAFA