Maduro yeni məhkəmə iclası ərəfəsində P. Diddy-nin vəkilini tutub

Maduro yeni məhkəmə iclası ərəfəsində P. Diddy-nin vəkilini tutub

11:18
Bəyəndim (1) Bəyənmədim (0)

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro, ABŞ-da həbsdə məhkəmə gözləyərkən, reper P. Diddy-nin (Şon Kombs) vəkili Anna Estevaonu tutub. Oxuməni.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Estevao rəsmi olaraq Maduronun müdafiə komandasına Nyu-York Cənub dairəsinin ABŞ Rayon Məhkəməsinə təqdim edilmiş bildiriş vasitəsilə daxil edilib. Məhz bu məhkəmədə Venesuelanın keçmiş lideri narkoterrorizm və narkotik ticarətində ittiham olunur.

Estevao, P. Diddy-ni seksual istismar məqsədi ilə insan alverində ən ciddi ittihamlardan bəraət qazandığı məhkəmə prosesində müdafiə edib.

Agentliyin məlumatına görə, Maduro məhkəmə prosesinə hazırlıq fonunda öz müdafiəsini gücləndirir, yeni məhkəmə iclası isə iyunun 30-da keçiriləcək.

Yanvarın 3-ü 2026-cı ildə ABŞ qüvvələri Venesuelaya zərbələr endirib, prezident Nikolas Maduronu ələ keçirərək Birləşmiş Ştatlara aparıblar. Yanvarın 5-i 2026-cı ildə isə ona narkokartelə rəhbərlik etməkdə və digər cinayətlərdə ittiham olunaraq məhkəmə prosesi başlayıb.

“Axios” portalının məlumatına görə, Maduro, reper Diddy-nin saxlanıldığı yerdə, Bruklinin istintaq təcridxanasında saxlanılır.

Almaz Həsənli