Yerevanın keçmiş meri Qaqik Beqlaryan həbs edilib

Yerevanın keçmiş meri Qaqik Beqlaryan həbs edilib

15:35
Bəyəndim (1) Bəyənmədim (0)


Yerevanın keçmiş meri və Ermənistanın keçmiş nəqliyyat və kommunikasiya naziri Qaqik Beqlaryan həbs edilib. Oxuməni.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib.
"Təsdiq edirik ki, Ermənistan Respublikasının keçmiş nəqliyyat və kommunikasiya naziri G.B. Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur. Onun həbsi üçün məhkəməyə vəsatət təqdim edilib", - Komitənin məlumatında bildirib.
Almaz Həsənli