Paşinyan bəyan edib ki, Ermənistan KTMT-yə qayıtmayacaq

Paşinyan bəyan edib ki, Ermənistan KTMT-yə qayıtmayacaq

10:22
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistan KTMT-yə qayıtmayacaq və lazım gələndə qərar qəbul edərək təşkilatdan çıxacaq. Oxuməni.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyada seçkiqabağı debatlar zamanı bildirib.
Debatlar zamanı "Güclü Ermənistan" partiyasının idarə heyətinin üzvü və partiya liderinin qardaşı oğlu Narek Karapetyan Paşinyandan KTMT-də "iştirakın dondurulması"nın nə demək olduğunu və niyə hələ də təşkilatdan çıxmaq barədə qərar qəbul edilmədiyini soruşub.
"Çıxacağıq. Bizi qorxudursunuz? Qərar verib çıxacağıq, qərar verib çıxacağıq. Lazım gələrsə - çıxacağıq, demişəm ki, geri qayıtmayacağıq, və biz qərar verəcəyik, xarici agentlər bizim nə vaxt çıxacağımızı həll etməyəcəklər", - deyə o bildirib.
2024-cü ilin sentyabrında Paşinyan bəyan etmişdi ki, İrəvan KTMT-nin fəaliyyətində iştirakını dondurub, çünki onun iddiasına görə, təşkilat respublikanın suverenliyi üçün təhdidlər yaradıb. 2024-cü ilin oktyabrında Ermənistan XİN başçısı Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bəyan edib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır. Həmin ilin dekabrında Ermənistan baş naziri Ermənistan və KTMT arasındakı münasibətlərin geri dönüşü olmayan nöqtəyə çatdığını elan edib.
Almaz Həsənli