Böyük Britaniya Kral Dəniz Qüvvələrinin heç bir nüvə hücum sualtı qayığının xidmətdə olmadığını açıqladı
Britaniyanın bütün nüvə hücum sualtı qayıqları hazırda limanda texniki xidmət və təmir işləri aparır; heç biri hələ üzməyə hazır deyil, The Telegraph qəzeti Kral Dəniz Qüvvələrinin rəsmilərinə istinadən xəbər verir.
Qəzet qeyd edir ki, "Kral Dəniz Qüvvələrinin bütün nüvə sualtı qayıqları limandadır. Beş Britaniya Astute sinifli sualtı qayığı texniki xidmət və təmir gözləyir. Donanmaya təhvil verilən altıncısı hələ yerləşdirilməyə hazır deyil".
Britaniya komandanlığına görə, onlar patrul xidməti zamanı Trident nüvə başlıqlı qitələrarası ballistik raketlərlə silahlanmış Britaniya Vanguard sinifli strateji sualtı qayıqlarının qorunmasında əsas rol oynayır və həmçinin iki təyyarədaşıyan gəminin - HMS Queen Elizabeth və HMS Prince of Wales-in müdafiəsi üçün vacibdir.
Qəzet vurğulayır ki, ümumi dəyəri 12,2 milyard funt sterlinq olan Britaniyanın Astute sinifli sualtı qayıqları dünyanın ən inkişaf etmiş hücum sualtı qayıqlarından biri hesab olunur.
Əziz Mustafa


















































































