Ermənistanda seçkilər: son məlumatlar

Ermənistanda seçkilər: son məlumatlar

10:21
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistanda bazar günü, iyunun 7-də parlament seçkiləri keçirilib. Oxuməni.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının 94 faiz bülletenlərin işlənməsindən sonra verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası seçkilərdə liderlik edir. Bu partiya 50,07 faiz səs toplayıb.
Ermənistan mənşəli rusiyalı iş adamı Samvel Karapetyanın başçılıq etdiyi müxalif "Güclü Ermənistan" bloku 23,35 faiz səs toplayıb. Digər müxalif qüvvələr bloku olan və ölkənin keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,96 faiz səs alıb.
Dördüncü yerdə iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" müxalifət partiyası qərarlaşıb ki, bu partiya 3,99 faiz səs toplayıb. Keçmiş ombudsman Arman Tatoyanın "Vahidlik Qanadları" partiyası isə seçicilərin 2,28 faizinin dəstəyini qazanıb.
Ümumi seçici fəallığı 58,97 faiz təşkil edib. Bu, 2018 və 2021-ci illərdəki seçkilərdən daha yüksəkdir.
Xatırladaq ki, Ermənistan Parlamenti hazırda 105 deputatdan ibarətdir. Onlardan dörd mandat milli azlıqların - yezidilərin, rusların, kürdlərin və assuriyalıların nümayəndələri üçün ayrılıb.
Almaz Həsənli