Pentaqon 180 müxtəlif dini təriqəti tanınan dinlər siyahısından çıxardı
ABŞ Pentaqonu tanınan dini təriqətlərin və inanclar sistemlərinin sayını 211-dən 31-ə endirib. Müvafiq dəyişikliklər ABŞ Müdafiə Nazirinin kadrlar və döyüş qabiliyyəti üzrə müavini tərəfindən imzalanmış rəsmi memorandumla qəbul edilib. Oxuməni.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
"Yeni siyahı keşişlərə aydın və asanlıqla əldə olunan məlumat verəcək ki, bu da onlara hərbi qulluqçuların dini dəstək ehtiyaclarını daha yaxşı proqnozlaşdırmaq və hərbi qulluqçuların şəxsi inanclarına və təcrübələrinə uyğun dini dəstək tədbirləri təşkil etmək imkanı verəcək", - deyə Entoni Tata bildirib, “military.com” sitat gətirir.
Yenidən işlənmiş siyahıya aqnostiklər, buddizm, induizm, islam, yəhudilik, sikxizm, həmçinin baptistlər, katolik, lüteranlar və metadistler kimi geniş xristian qrupları daxildir. Ateistlər, deistlər, druidlər, politeistlər, maqlar, rozikruyçular, şamanlar, spiritualistlər və digər dini azlıqlar koddan çıxarılıb.
Dini kodların yeni redaksiyası Pentaqon rəhbəri Pit Heqsetin göstərişi ilə "hərbi qulluqçuların dini seçimləri haqqında məlumatların toplanmasını optimallaşdırmaq və keşiş xidməti tərəfindən hədəflənmiş dini dəstəyin effektivliyini artırmaq" məqsədi ilə yaradılıb.
Mart 2026-cı ildə Pit Heqset keşiş xidmətinin islahatı haqqında elan edib və hərbi qulluqçuların dini mənsubiyyət kodlarının sayını əhəmiyyətli dərəcədə azaltmaq niyyətini bildirib. Onun sözlərinə görə, mövcud dini kodlaşdırma sistemi çox mürəkkəb hala gəlib, halbuki hərbi qulluqçuların 82%-i yalnız altı təriqətdən istifadə edir.
Almaz Həsənli


















































































