Ermənistan və Azərbaycan Yerasx-Sədərək dəmir yolu hissəsini yoxlayıblar
Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri Yerasx-Sədərək dəmir yolu hissəsinin mövcud infrastruktur vəziyyətinin birgə yoxlamasını aparıblar. Oxuməni.az-ın məlumatına görə, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat verib.
Nazirlik qeyd edib ki, "15 yanvar 2026-cı il tarixində Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri Yerasx-Sədərək dəmir yolu hissəsinin mövcud infrastruktur vəziyyətinin birgə yoxlamasını aparıblar. Bu yoxlamanın məqsədi müvafiq infrastruktur bərpa tədbirləri kompleksini həyata keçirmək üçün bu dəmir yolu hissəsinin ixtisaslaşdırılmış dəmir yolu tikinti texnikasının hərəkəti üçün texniki yararlılığını qiymətləndirmək idi".
O da vurğulanıb ki, yoxlama zamanı tərəflər bu hissədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 22-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ermənistandan Azərbaycana və Türkiyəyə dəmir yollarının bərpasının zəruriliyini bildirib. Bu baxımdan, o, rusiyalı tərəfdaşlardan dəmir yolunun Yerasxdan Azərbaycan sərhədinə, Axurikdən Türkiyə sərhədinə və İcevan hissəsində bərpa işləri aparmalarını xahiş etdi.
Almaz Həsənli
























.jpg)
.jpg)
.jpg)








.jpg)










































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)








