Qəzza zolağını idarə edəcək Fələstin texnokratlar komitəsi tam formalaşdırılıb
Qəzza zolağını idarə edəcək Fələstin texnokratlar komitəsi tam formalaşdırılıb. Misir Xarici İşlər Nazirliyi bu barədə məlumat verib.
"Misir, Qətər və Türkiyənin təmsil etdiyi [İsrail və Fələstin Hərəkatı HƏMAS arasında dolayı danışıqlarda] vasitəçilər Qəzzanın idarə olunması məsələlərini həll edəcək Fələstin texnokratlar komitəsinin son formalaşmasını alqışlayırlar. İnzibati orqana Əli Əbdül Həmid Şaat rəhbərlik edəcək", - deyə Misir Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir. Vasitəçilər komitənin yaradılmasının Fələstin anklavında atəşkəslə bağlı "razılaşmanın ikinci mərhələsinə keçməyə" və "yeni eskalasiya mərhələsinin qarşısını almağa" kömək edəcəyinə ümid etdiklərini bildiriblər.
Şaat Qəzzanın cənubunda yerləşən Xan Yunisdəndir, lakin hazırda Qərb Sahilində yaşayır. O, Fələstin Milli Hakimiyyətində bir sıra yüksək vəzifələr tutmuş və siyasi və iqtisadi infrastrukturun yenidən qurulması üzrə mütəxəssis hesab olunur.
Əziz MUSTAFA






































.jpg)
.jpg)
.jpg)
























.jpg)
















