Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi avtomobil daşımalarında rekord göstərib
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsus bərələrlə ötən ilin dekabr ayında rekord sayda avtomobil daşınıb - 4476 nəqliyyat vasitəsi. Bu barədə Oxuməni.az ASCO-nun mətbuat xidmətinə istinadən xəbər verir.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu, son beş ilin ən yüksək göstəricisi olub. Xüsusilə, gəmiçilik şirkəti 4379 nəqliyyat vasitəsi daşıdığı 2020-ci ilin iyul ayının göstəricilərini üstələyib.
ASCO qeyd edib ki, ötən ilin son ayı da gəmilər üçün 3243 nəqliyyat vasitəsi daşındığı noyabr ayına nisbətən xeyli çox olub. Bu, təxminən 40% artım deməkdir.
Almaz Həsənli
Digər xəbərlər



































.jpg)
.jpg)
.jpg)








.jpg)




































