Tramp İranda Pəhləviyə dəstək barədə danışmaq üçün hələ tez olduğunu bildirib

Tramp İranda Pəhləviyə dəstək barədə danışmaq üçün hələ tez olduğunu bildirib

10:18
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp hesab edir ki, hazırda son İran şahının böyük oğlu Rza Pəhləvinin İslam respublikasında dəstək qazanıb-qazanmayacağı barədə danışmaq hələ tezdir.
"O, çox mehriban görünür, lakin mən bilmirəm, öz ölkəsində necə çıxış edərdi," - deyə amerikalı lider çərşənbə günü “Reuters” agentliyinə verdiyi müsahibədə Pəhləvi haqqında danışarkən qeyd edib. "Və əslində biz hələ bu mərhələdə deyilik." "Biz çox şey öyrənirik. Lakin hələ danışmaq üçün çox tezdir. Mən bilmirəm, o, öz ölkəsi ilə necə yola gedir," - deyə Tramp əlavə edib.
"Mən bilmirəm, onun ölkəsi onu rəhbər vəzifədə qəbul edərdimi, yoxsa yox, əgər qəbul etsəydi, mən buna qarşı deyiləm," - deyə Ağ Ev rəhbəri vurğulayıb. İranda hakimiyyət dəyişikliyinin mümkünlüyü barədə danışarkən o, "istənilən rejim yıxıla bilər" qeyd edib. "Onun yıxılıb-yıxılmayacağı maraqlı bir dövr olacaq," - deyə Tramp əlavə edib.
Rza Pəhləvi 1960-cı ildə Tehranda anadan olub, 1967-ci ildə taxt-tac varisi titulu alıb və atasının, Məhəmməd Rza Pəhləvinin ölümündən sonra taxta çıxmalı idi. Lakin 1979-cu il İslam inqilabı nəticəsində İrandakı monarxiya devrildi və son şahın ailəsi varislə birlikdə ölkədən qaçmalı oldu. Atasının 1980-ci ildə ölümündən sonra Rza Pəhləvi, son şahın uşaqları arasında böyük olaraq, Pəhləvi evinin rəhbəri oldu və hələ də taxt-tac iddiasındadır. Hazırda o, ABŞ-da yaşayır və İranda qadağan olunmuş, Parisdə yerləşən İran Milli Şurasına rəhbərlik edən siyasi mühacirlərin opponentidir.
Almaz Həsənli