2025-ci ildə Fransa İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq mənfi təbii əhali artımı qeydə alıb

2025-ci ildə Fransa İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq mənfi təbii əhali artımı qeydə alıb

12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada təbii əhali artımı — doğum və ölüm arasındakı fərq — İkinci Dünya Müharibəsindən bəri ilk dəfə mənfi olub. Bu, Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) tərəfindən 13 yanvarda dərc edilmiş 2025-ci il üçün demoqrafik hesabatda bildirilib.

Insee-nin hesablamalarına görə, 2025-ci ildə Fransada 645.000 uşaq doğulub, ölənlərin sayı isə 651.000 olub. Buna görə də, təbii əhali artımı tempi mənfi 6000 nəfər olaraq qiymətləndirilir. Üstəlik, bu tempi illərdir azalır: 2020-ci ildə +66.300, 2024-cü ildə isə +17.600 olub.

Mütəxəssislər qeyd edirlər ki, doğum və ölüm əyrilərinin kəsişməsi nadir bir fenomendir. İki dünya müharibəsindən başqa, belə bir hadisə yalnız üç dəfə - 1907, 1911 və 1929-cu illərdə - baş verib, lakin azalmalar qısa müddətli olub.

Insee-nin demoqrafik və sosial tədqiqatlar şöbəsinin müdiri Silvi Le Minezin izah etdiyi kimi, bu tendensiya qarşıdakı illərdə və hətta onilliklərdə də davam edə bilər. Onun sözlərinə görə, ölüm halları 2010-cu illərdən bəri artmaqdadır və körpə bumu nəsilləri keçdikcə 2040-2050-ci illərə qədər artmağa davam edəcək.

2025-ci ildə Fransada ölüm hallarının sayı əvvəlki ilə nisbətən 1,5% artıb. Hesabatda həmçinin bildirilir ki, artım təkcə əhalinin qocalması ilə deyil, həm də xarici amillərlə - yanvar ayında şiddətli qış qripi epidemiyası və yayda isti dalğaları ilə bağlıdır.

Mütəxəssisin hesablamalarına görə, illik ölüm sayı 2040-cı illərin sonlarına qədər təxminən 800.000-ə çata bilər.

Əziz Mustafa