Senator Kərimovun qızı İsveçrəyə qarşı iddia qaldırdı

Senator Kərimovun qızı İsveçrəyə qarşı iddia qaldırdı

11:47
Bəyəndim (1) Bəyənmədim (0)

Dağıstandan olan rusiyalı senator Süleyman Kərimovun qızı Gülnarə Kərimova İsveçrəyə qarşı investisiya arbitraj proseduruna başlayıb. Bu barədə "Kommersant" qəzeti "Global Arbitraj Review"a (GAR) istinadən məlumat yayıb.

Məlumata görə, iddialar yüz milyonlarla ABŞ dolları həcmində qiymətləndirilir.

Kərimova İsveçrə şirkətləri vasitəsilə Fransada daşınmaz əmlaka investisiya qoyub, sonra aktivləri tamamilə ona məxsus olan başqa bir İsveçrə şirkətinə çevirib. İddia İsveçrə hakimiyyəti tərəfindən sanksiyalar rejimi çərçivəsində onun investisiyalarına qarşı görülən tədbirlərlə bağlıdır.

Gülnarə Kərimovanın atası və qardaşı 2022-ci ildə sanksiyalara məruz qalıb, lakin onun özü İsveçrə və ya AB tərəfindən heç bir məhdudiyyətə məruz qalmayıb.

Ötən ilin yanvar ayında Bloomberg milyarder Süleyman Kərimovun Qərb sanksiyalarına məruz qalmazdan bir il əvvəl Delaverdə yerləşən Heritage Trust vasitəsilə Elon Maskın Amerika şirkəti SpaceX-də paya sahib olduğunu bildirmişdi. Hesabatda qeyd olunur ki, o, payı 2017-ci ildə alıb.

2022-ci ilin iyun ayında ABŞ Maliyyə Nazirliyi 1 milyard dollarlıq tresti dondurub. Onun məlumatına görə, bu trest 2017-ci ildə Kərimovun ABŞ-dakı aktivləri üçün yaradılıb.

Əziz Mustafa