Ursula fon der Leyen Kanada, Britaniya və Norveçin iştirakı ilə Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib

Ursula fon der Leyen Kanada, Britaniya və Norveçin iştirakı ilə Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib

14:17
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropa İttifaqı (Aİ), Kanada, Böyük Britaniya və Norveçi birləşdirəcək Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib. Onun sözlərinə görə, həmçinin “təhlükəsizlik üzrə fövqəladə tədbirlər protokolu” hazırlanmalıdır. Oxuməni. az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“Avropanın hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün öz fəaliyyət planına ehtiyacı var”, - deyə Ursula fon der Leyen Avropa Parlamentində çıxışı zamanı bildirib.

Ursula fon der Leyenin sözlərinə görə, təhlükə yarandığı təqdirdə Aİ-yə üzv olan istənilən ölkə bu protokolu işə sala və digər dövlətləri toplantıya çağıra bilər. Bu, cavabı əlaqələndirməyə və vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa imkan verəcək.

Almaz Həsənli