Brent nefti bahalaşıb
Bu gün səhər saatlarında neft qiymətləri artır, bazarın diqqət mərkəzində Yaxın Şərqdəki vəziyyət qalmaqdadır.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri bir barel üçün 107,44 dollar səviyyəsində ticarət olunur ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsindən 1,76 dollar (1,67%) yüksəkdir. Bazar ertəsi günü bu fyuçerslər 1,07 dollar (1%) bahalaşaraq bir barel üçün 105,68 dollara çatıb.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçersləri bu vaxta qədər 1,92 dollar (1,89%) artaraq bir barel üçün 103,31 dollara yüksəlib. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 1,34 dollar (1,3%) artaraq 101,39 dollara çatmışdı.
Almaz Həsənli































































































