Brent neftinin qiyməti 108,03 dollara enib

Brent neftinin qiyməti 108,03 dollara enib

16 Sentyabr 11:04
Bəyəndim (2) Bəyənmədim (0)

Çərşənbə günü səhər saatlarında neft qiymətləri əvvəlki gün müşahidə olunan artımdan sonra azalmağa başlayıb.

Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:16-ya olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,72 dollar (0,66%) azalaraq bir barel üçün 108,03 dollar təşkil edib. Çərşənbə axşamı Brent nefti 3,07 dollar (2,9%) bahalaşaraq 105,83 dollara yüksəlmişdi.

Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçersləri 1,13 dollar (1,07%) ucuzlaşaraq bir barel üçün 104,7 dollar olub. Ötən sessiyada bu müqavilənin qiyməti 4,44 dollar (4,38%) artaraq 105,83 dollara çatmışdı.

Almaz Həsənli