Tbilisidə “Trump Tower”-in tikintisi layihəsi təqdim olunub

Tbilisidə “Trump Tower”-in tikintisi layihəsi təqdim olunub

Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın paytaxtı Tbilisidə “Trump Tower”-in tikintisi layihəsinin təqdimatı keçirilib. Oxuməni. az xəbər verir ki, mərasim yerli televiziya kanalları tərəfindən yayımlanıb.

“2 milyard dollar sərmayə, Tbilisinin mərkəzində 600 min kvadratmetr müasir məkan ölkə üçün yeni reallıq, xüsusi iqtisadi və turizm cəlbediciliyi yaradacaq”, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze mərasimdə bildirib.

Onun sözlərinə görə, layihəyə hündürlüyü 280 metr olan 62 mərtəbəli bina daxildir. Tikintinin 2031-ci ildə başa çatdırılması planlaşdırılır. Ümumilikdə, 2033-cü ilədək inşa ediləcək Downtown Tbilisi kompleksinə altı hündürmərtəbəli bina daxil olacaq. Göydələnlər paytaxtın Saburtalo rayonundakı mərkəzi parkın ərazisində inşa ediləcək.

Mərasimdə ABŞ prezidenti Donald Trampın oğlu, The Trump Organization şirkətinin vitse-prezidenti Erik Tramp da videobağlantı vasitəsilə iştirak edib.

Almaz Həsənli