Lavrov Rusiyanın müharibəni dayandırmadan danışıqlara hazır olduğunu bildirdi

Lavrov Rusiyanın müharibəni dayandırmadan danışıqlara hazır olduğunu bildirdi

14:55
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya, qarşı tərəf hazırdırsa, Ukraynaya qarşı müharibə ilə bağlı danışıqları bərpa etməyə hazırdır. Eyni zamanda, Moskva danışıqlar zamanı hərbi əməliyyatları dayandırmağı planlaşdırmır. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata rəsmi açıqlamasında bildirib.

"Rusiya, qarşı tərəf hazırdırsa, danışıqları çox yaxşı bərpa edə bilər",- deyə Lavrov bəyan edib

Eyni zamanda, o, Rusiyanın danışıqlar zamanı Ukraynaya qarşı müharibəni dayandırmayacağını bildirib.

Xatırladaq ki, 8 sentyabrda Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Przidentlər Ukrayna və ABŞ nümayəndələri Stiv Vitkov və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin nəticələrini müzakirə etdilər.

Həmçinin 10 sentyabrda Prezident Volodimir Zelenski Dövlət Duması seçkiləri zamanı Rusiya ilə "həqiqətən güclü danışıqlar" gözləmədiyini bildirdi. Bununla belə, o, danışıqların ilk nəticələrinin sentyabrın sonuna qədər olacağına ümid etdiyini bildirdi.

Əziz MUSTAFA